Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi Bakının Baş Planına uyğun olmayan binaların inşasına icazə verməyəcək

Fövqəladə Hallar Nazirliyi Bakının Baş Planına uyğun olmayan binaların inşasına icazə verməyəcək
# 08 iyun 2007 13:50 (UTC +04:00)
“ Amma bu hələ görəcəyimiz işlərin hamısı deyil. Hazırda sifariş etdiyimiz texnikaların ölkəyə gətirilməsi prosesi gedir. Texnikalar gələndən sonra işimiz yüngülləşəcək”.
Nazir deyib ki, FHN binaların keyfiyyətini yoxlamaq məqsədi ilə yeni avadanlıqlar sifariş verib. Belə ki, yeni texnika ilə uzaq məsafədən betonun, armaturun keyfiyyətini, zirzəmilərin dayanıqlığını, binadakı radiasiya fonunu müəyyənləşdirmək mümkün olacaq. Bakıda inşa olunan körpü və yeraltı piyada keçidlərinə FHN tərəfindən rəyin verilməməsi barədə mətbuatda yazılanlara aydınlıq gətirən nazir bu məlumatların düzgün olmadığını deyib: “Biz tikinti başlanmazdan öncə, körpülərin layihələrinə baxır, ekspertizadan keçirir və rəy veririk. Bu məsələ diqqətimizdədir”.
K. Heydərov Bakıda və digər şəhərlərdə sığınacaqların monitorinqinin keçirildiyini və onların fövqəladə hallar üçün hazırlıq vəziyyətinə gətirildiyini vurğulayıb. Nazir tikintidə qanun pozuntuları barədə də məlumat verib. K.Heydərovun sözlərinə görə, FHN fəaliyyətə başladığı ilk vaxtlarda, aparılan araşdırmalar zamanı təkcə Bakıda 200-dən artıq binanın ekspertizadan keçirilmədiyi müəyyənləşib: “Biz həm ekspertizadan keçməyən, həm də keçmiş binaları təkrar ekspertizadan keçirdik. Bu yoxlamaya tabe olmayan tikintilər vardı, amma biz onları məcburi qaydada ekspertizadan keçirdik. Proses bundan sonra da davam edəcək”. K. Heydərov onu da əlavə edib ki, rəhbərlik etdiyi qurum Bakının Baş Planına uyğun olmayan binaların inşasına icazə verməyəcək./APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR