Bank Of Baku

Zərdabda bir neçə müəssisə istifadəyə veriləcək

Zərdabda bir neçə müəssisə istifadəyə veriləcək
# 08 iyun 2007 14:29 (UTC +04:00)
Bu gün Zərdab rayonunda ümumrayon iməcliyi keçirilib. Zərdab rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Allahverdi Səfərovun APA-nın Aran bürosuna verdiyi məlumata görə, tədbirdə rayonun təşkilat və müəssisələrinin kollektivləri iştirak ediblər. İməclik zamanı ərazisi 5 hektar olan Heydər Əliyev adına park səliqəyə salınıb, yeni ağaclar əkilib. Eyni zamanda rayonun küçə və meydanlarında, yollarda təmizlik işləri aparılıb.
A. Səfərov onu da bildirib ki, bu ayın sonuna qədər rayonda bir neçə obyekt də istifadə veriləcək. Onun sözlərinə görə, ayın sonunadək rayon İcra Hakimiyyətinin yeni binasının, Qarabağ və şəhid ailələri üçün nəzərdə tutulmuş 16 mənzilli binanın, eyni zamanda iki nümunəvi kommunal məhəllə istifadəyə veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR