Bank Of Baku

Baş Dövlət Yol Polisi İdarəsi yayda uşaqları qrup halında düşərgələrə aparan maşınları partul avtomobilləri ilə müşayiət edəcək

Baş Dövlət Yol Polisi İdarəsi yayda uşaqları qrup halında düşərgələrə aparan maşınları partul avtomobilləri ilə müşayiət edəcək
# 08 iyun 2007 15:54 (UTC +04:00)
“Yay mövsümündə uşaqların qrup halında düşərgələrə və istirahət zonalarına göndərilməsini təşkil edən fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, uşaqların daşınması yalnız müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə malik olan, “Yol Hərəkəti haqqında” qanunla müəyyən olunmuş hüquq və vəzifələrini yaxşı bilən sürücülərin idarə etdiyi xüsusi nişanlarla təchiz edilib, texniki cəhətdən saz vəziyyətdə olan avtobuslarla həyata keçirilməlidir”. APA-nın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib. Daşınmaların təhlükəsizliyinin təmini məqsədilə müəssisə və təşkilat rəhbərlərindən avtobusların partul avtomobilləri ilə müşayiət olunması üçün DİN Baş DYP İdarəsinə müraciət etmələri də xahiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR