Bank Of Baku

Lənkəranda narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Lənkəranda narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş elmi-praktik konfrans keçirilib
# 09 iyun 2007 09:34 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birlikdə “Lənkəran gəncləri sağlam həyat tərzini seçir” mövzusunda elmi-praktik konfrans keçirib. APA-nın Cənub bürosunun məlumatına görə gənclər təşkilatları nümayəndələrinin, təhsil müəssisələri, yerli icra strukturları və bələdiyyə orqanları rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının birinci müavini, Lənkəran Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri İlqar Dadaşov son illər Lənkəranda narkomaniya ilə mübarizə istiqamətində görülmüş işlərdən danışıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev geniş məruzəsində respublikamızda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aparılan mübarizə tədbirlərindən, narkomanlığı ailələrə gətirdiyi bəlalardan söz açaraq Lənkəran gənclərini sağ həyat tərzi keçirməyə, asudə vaxtlarından səmərəli istifadə etməyə çağırıb. Elmi-praktik konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Vəsilə Mövsümova, Dövlət Gömrük Komitəsinin əməkdaşı Oqtay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyanın nümayəndəsi Vüqar Kərimov, Lənkəran şəhər narkoloji dispanserinin baş həkimi Vüqar Əliyev, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəis müavini Hüseynağa Həsənov və başqaları da çıxışlarında narkomanlığa qarşı mübarizədə mütəşəkkilliyin vacibliyini qeyd ediblər. Sonda konfrans iştirakçılarını maraqlandıran suallara cavab verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR