Bank Of Baku

“Əzizbəyov” metro stansiyasının ətrafında ticarət obyektləri sökülmüş sahibkarlar sabah Bakı şəhər İcra Hakimiyyəti və Prezident Aparatı qarşısında aksiya keçirəcəklər

“Əzizbəyov” metro stansiyasının ətrafında ticarət obyektləri sökülmüş sahibkarlar sabah Bakı şəhər İcra Hakimiyyəti və Prezident Aparatı qarşısında aksiya keçirəcəklər
# 11 iyun 2007 08:36 (UTC +04:00)
“Əzizbəyov” metro stansiyasının ətrafında ticarət obyektləri sökülmüş sahibkarlar onlara başqa yer ayrılması tələbi ilə sabah Prezident Aparatı və Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirəcəklər. Bu barədə APA-ya sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı yaradılmış Koordinasiya Mərkəzinin sədri Teymur Kərimov məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl hər iki dövlət qurumunda keçirilən görüşlərin heç bir müsbət nəticəsi olmayıb: “Bakı şəhər İcra Hakimiyyəti və Ticarət Departamenti bizə birmənalı şəkildə bildirdi ki, ticarət üçün “Ulduz” metro stansiyasının yaxınlığındakı bazar yerindən başqa yer ayırmaq mümkün deyil. Buna görə də biz sabah həm Prezident Aparatından, həm də Bakı şəhər İcra Hakimiyyətindən bizə başqa yer ayrılmasını xahiş edəcəyik. Yer ayrılmasa, o zaman aksiyaları davam etdirəcəyik”. Qeyd edək ki, metronun “Əzizbəyov” stansiyası ətrafında dairəvi yol tikildiyindən ötən ay sözügedən ərazidə fəaliyyət göstərən bazar və ticarət köşkləri sökülüb. Bakı şəhər İcra Hakimiyyəti sahibkarlar üçün “Ulduz” metro stansiyasının yaxınlığında ticarət üçün yer ayırsa da, satıcılar həmin yerin ticarət üçün əlverişsiz olduğunu bildirərək təklifdən imtina ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR