Bank Of Baku

Dövlət Baytarlıq Xidməti donuzçuluq təsərrüfatlarına xüsusi göstərişlər verib

Dövlət Baytarlıq Xidməti donuzçuluq təsərrüfatlarına xüsusi göstərişlər verib
# 11 iyun 2007 09:29 (UTC +04:00)
Gürcüstanda “Afrika taunu”nun aşkarlanmasından narahatlıq keçirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi (FAO) bu virusun Azərbaycan, Ermənistan və Rusiyaya keçmə ehtimalının olduğunu söyləyib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə APA-ya bildirib ki, bu xəstəliyin Azərbaycana keçməsinin qarşısını almaq üçün artıq Gürcüstandan donuz əti və donuz əti məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyulub. Bundan əlavə, donuzçuluq təsərrüfatları olan rayonların baytarlıq şöbələrinə donuzların qapalı şəraitdə saxlanılması, fermalara girişin məhdudlaşdırılması, təsərrüfatların vaxtaşırı dezinfeksiya edilməli və s. profilaktik tədbirlərlə bağlı xüsusi göstəriş verilib.
Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyindən isə APA-ya bildiriblər ki, bu xəstəliklə əlaqədar təşkilatın ekspert qrupunun Azərbaycana səfəri və ya hansısa formada tövsiyə verməsi nəzərdə tutulmayıb. Qeyd edək ki, yalnız donuzlarda aşkarlanan “Afrika taunu” insanlar üçün təhlükəli deyil. Hazırda 20 min donuz bu virusa yoluxub. Heyvanları bu xəstəlikdən qoruyan vaksinlər isə hələ yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR