Bank Of Baku

Metronun “Əzizbəyov” stansiyasının 2 keçidi bağlanıb

Metronun “Əzizbəyov” stansiyasının 2 keçidi bağlanıb
# 11 iyun 2007 09:58 (UTC +04:00)
“Əzizbəyov” metro stansiyasının ətrafında abadlıq işlərinin aparılması ilə əlaqədar iyunun 9-dan həmin stansiyanın 2 keçidi bağlanıb. Bundan əlavə, metronun yaxınlığında sərnişin avtobuslarının dayanması qadağan edilib. Bakı Metropolitenindən APA-ya verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün hələlik bu keçidlərdən istifadə etməyə icazə verilməyəcək. Abadlıq işlərinin bir necə ay davam edəcəyi gözlənilir. Hazırda isə sərnişinlər stansiyanın qalan 3 keçidindən istifadə edə bilərlər.
Nəqliyyat Nazirliyinin “Bakısərnişinnəqliyyat” MMC-nin mətbuat katibi Samir Həsənov APA-ya bildirib ki, avtobusların ərazidə dayanmasına icazə verilməməsi də orada aparılan tikinti işləri ilə bağlıdır. Avtobuslar üçün metrodan bir qədər aralıda dayanacaqlar müəyyənləşdirilib. / APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR