Bank Of Baku

Bazar günü Gəncə şəhərinə elektrik enerjisinin verilməsi 10 saat dayandırılıb

Bazar günü Gəncə şəhərinə elektrik enerjisinin verilməsi 10 saat dayandırılıb
# 11 iyun 2007 12:46 (UTC +04:00)
Dünən səhər radələrindən Gəncə şəhəri üzrə abonentlərə elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, axşam saat 19:00-a qədər şəhərin bütün müəssisələri və vətəndaşlar elektrik enerjisindən istifadə edə bilməyiblər. Məsələ ilə bağlı Gəncə Elektrik Şəbəkəsinin informasiya şöbəsinin əməkdaşı Rafiq Abbasov elektrik enerjisinin məhdudlaşdırılmasının təmir işləri ilə əlaqədar olduğunu bildirib: “Gəncədə elə transformatorlar və yüksək gərginlikli xətlər var idi ki, onların təmiri çox vacib idi. Ona görə də Gəncə Elektrik Şəbəkəsi şəhər rəhbərliyi və “Azərenerji” ilə razılaşdırılmış şəkildə bazar günü səhər saat 9:00-dan axşam saat 19:00-a qədər Gəncə şəhəri üzrə elektrik enerjisinin verilməsini dayandırıb”. Rafiq Abbasovun sözlərinə görə, enerjinin dayandırılacağı iki gün öncədən yerli telekanallar vasitəsi ilə əhalinin diqqətinə çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR