Bank Of Baku

İyunun 21-22-də Cenevrədə Beynəlxalq Sosial Təminat Assosiasiyası Bürosunun iclası keçiriləcək

İyunun 21-22-də Cenevrədə Beynəlxalq Sosial Təminat Assosiasiyası Bürosunun iclası keçiriləcək
# 19 iyun 2007 10:39 (UTC +04:00)
İyunun 21-22-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Bürosunun növbəti iclası keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fondun sədri, BSTA-nın büro üzvü Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
İclasda BSTA-nın Büro üzvlərinin əvəz olunması, BSTA-nın prezidenti, xəzinədarı və nəzarət komissiyasının üzvləri vəzifələrinə seçki prosesinin gedişatı barədə hesabatların dinlənilməsi, bu ilin sentyabrın 10-15-də BSTA-nın 29-cu Baş Assambleyası çərçivəsində Moskva şəhərində keçiriləcək “Sosial təminat üzrə Dünya Forumu”na və büronun növbəti iclasına hazırlıqla bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR