Bank Of Baku

Qaradağ rayonunun “Ümid” qəsəbəsində inşa olunmuş evlərin məcburi köçkünlərə təhvil verilməsi mərasimi keçirilib

Qaradağ rayonunun “Ümid” qəsəbəsində inşa olunmuş evlərin məcburi köçkünlərə təhvil verilməsi mərasimi keçirilib
# 19 iyun 2007 11:51 (UTC +04:00)
“Norveç Qaçqınlar Şurası” (NQŞ) beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən Qaradağ rayonunda Səngəçal Neft Terminalı yaxınlığında yerləşən “Ümid” qəsəbəsində inşa olunmuş evlərin məcburi köçkünlərə təhvil verilməsi mərasimi keçirilib. APA-nın məlumatına görə, NQŞ-nin regional direktoru Marqaret Vikki layihənin əhəmiyyətini diqqətə çatdırıb və Laçın rayonunun Mişin kəndindən olan məcburi köçkünlərə 52 evin təhvil veriləcəyini deyib. Onun sözlərinə görə, 36 evin inşası isə yaxın günlərdə sona çatacaq. NQŞ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Petr Kostohrizin isə ümumilikdə “Şəhərətrafı məskunlaşma” layihəsi çərçivəsində Qaradağ rayonu ərazisində olan ictimai binalarda müvəqqəti məskunlaşan Laçın rayonunun Mişni kəndindən olan 110 ailə yeni qəsəbələrdə evlərlə təmin olunacaq.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov NQŞ-nin fəaliyyətini yüksək dəyərləndirib: “Norveç Qaçqınlar Şurası Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi imkanlarının yaxşılaşdırılması üçün indiyə qədər 15 milyon ABŞ dolları məbləğində pul ayırıb. Təəssüf ki, bu qurumun Azərbaycanda fəaliyyəti başa çatır. Azərbaycan hökuməti təşkilatın ölkəmizdə fəaliyyətini davam etdirməsi üçün Norveç dövlətinə müraciət edib”. Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberq ölkəsinin bu kimi layihələrə maliyyə dəstəyi verməyə hazır olduqlarını deyib: “İctimai binalarda sığınacaq tapan məcburi köçkünlərin həyatının normallaşması çox vacibdir. Bu istiqamətdə Azərbaycan hökumətinin addımları təqdirəlayiqdir. Norveç hökuməti də Azərbaycanda bu istiqamətdə gördüyü işləri davam etdirmək niyyətindədir”. Qaradağ və Laçın Rayon İcra hakimiyyətlərinin başçıları Hüseyn İsrafilov və Elbrus Təhməzov isə məcburi köçkünlərə göstərilən diqqətə görə hər iki ölkə hökumətinə minnətdarlıq ediblər. Sonda məcburi köçkünlərə evlərin orderləri təqdim edilib və mənzillərə baxış keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR