Bank Of Baku

Əli Həsənov: “Məcburi köçkünlər üçün tikilən müvəqqəti yaşayış evləri gələcəkdə qəsəbənin yerləşdiyi rayona verilə bilər”

Əli Həsənov: “Məcburi köçkünlər üçün tikilən müvəqqəti yaşayış evləri gələcəkdə qəsəbənin yerləşdiyi rayona verilə bilər”
# 19 iyun 2007 13:34 (UTC +04:00)
“Məcburi köçkünlər üçün tikilən müvəqqəti yaşayış evləri gələcəkdə qəsəbənin yerləşdiyi rayona verilə bilər”. APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən mənzillər müvəqqəti yaşayış məskəni kimi təqdim olunsa da, uzun müddətli istifadə üçün nəzərdə tutulub. O, bu evlərin hamısının dövlətin mənzil fonduna daxil edildiyini də deyib: “Məcburi köçkünlər və qaçqınlar üçün inşa edilən bütün evlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır. Bu insanlar geri, öz torpaqlarına dönəndən sonra dövlət həmin evlərlə bağlı hansı qərarı qəbul edəcəyi hələlik bəlli deyil. Amma ola bilər ki, həmin mənzillər qəsəbənin yerləşdiyi rayona verilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR