Bank Of Baku

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi: “Norveç Qaçqınlar Şurasının 2008-ci ilin iyuluna qədər Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub”

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi: “Norveç Qaçqınlar Şurasının  2008-ci ilin iyuluna qədər Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub”
# 20 iyun 2007 09:51 (UTC +04:00)
Bu gün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberq və Norveç Qaçqınlar Şurasının (NQŞ) Azərbaycan nümayəndəliyinin rəhbəri Vilyam Tollu qəbul edib. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun APA-ya verdiyi məlumata görə, görüşdə NQŞ-nın Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 2007-ci ilin sonuna qədər dayandırması ilə bağlı məsələ müzakirə edilib. Ə. Həsənov qurumun Azərbaycanda fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə qurumun 2008-ci ilin iyul ayına qədər Azərbaycanda fəaliyyətini davam etdirməsi ilə bağlı razılıq əldə olunub. Bu müddət bitəndə isə məsələ növbəti dəfə müzakirə olunacaq.
Norveçin Azərbaycandakı səfiri Y. Ramberq də qaçqın və məcburi köçkünlər yurdlarına dönənə qədər NQŞ-nın Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, NQŞ-nın ofis və hökumətlə əlaqələr üzrə meneceri Yalçın Adıgözəlov APA-ya açıqlamasında bu günlərdə qurumun baş katibliyinin Azərbaycan hökumətinin müraciətinə cavabı daxil olub. NQŞ-nın baş katibinin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ünvanladığı cavab məktubunda qurumun Azərbaycanda fəaliyyətini davam etdirməsinin mümkünsüzlüyü vurğulanıb: “Norveç Qaçqınlar Şurasının Azərbaycan nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsi üçün maliyyə vəsaiti ayıran donor təşkilatlar bundan imtina edirlər, onlar layihələrə pul sərf etmək istəmirlər. Buna səbəb kimi isə Azərbaycanın iqtisadi imkanlarının artması, dövlətin geniş maliyyə qaynaqlarına malik olmasıdır. Bu səbəbdən də qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 2007-ci ilin sonunda yekunlaşdırılması məqsədəuyğun hesab edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR