Bank Of Baku

2006-cı ildə Ukraynaya gələn miqrantlar arasında Azərbaycan və Gürcüstan vətəndaşları üstünlük təşkil edib

2006-cı ildə Ukraynaya gələn miqrantlar arasında Azərbaycan və Gürcüstan vətəndaşları üstünlük təşkil edib
# 20 iyun 2007 10:26 (UTC +04:00)
Ukraynaya qanuni şəkildə gələn Azərbaycan vətəndaşları bu ölkəni tərk etmirlər. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, 2006-cı ildə ötən əsrin 90-cı illərindən etibarən ilk dəfə olaraq Ukraynada əhalinin artımı qeydə alınıb. Bu, Ukrayna əhalisinin təbii artımı hesabına deyil, xaricdən gələn mühacir axınının hesabına baş verib. Beynəlxalq Miqrasiya Təşkilatının Ukraynadakı təmsilçisi Cefri Labovits bilridib ki, artım cüzi (1 500 nəfər) olsa da bu, Ukraynanın artıq mühacirlər üçün cazibə mərkəzinə çevrildiyini nümayiş etdirir. Təşkilatın araşdırmasında qeyd olunur ki, Şərqi Avropa ölkələri Avropa Birliyinə qəbul edildikdən sonra onların bir çox vətəndaşı Qərbi Avropa ölklərinə işləməyə gedib, boşalan yerləri isə Ukrayna, Belarus və digər postsovet ölkələrinin vətəndaşları doldurublar. Məsələn, xaricdə hazırda 7 milyon ukraynalı əmək fəaliyyəti ilə məşğuldur. Qeyri-leqal miqrasiyaya gəlincə isə, 2006-cı ildə başda Azərbaycan və Gürcüstan vətəndaşları olmaqla 5 min əcnəbi Ukraynaya qanuni şəkildə daxil olub, lakin nəzərdə tutulan müddət başa çatdıqdan sonra ölkəni tərk etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR