Bank Of Baku

Azərbaycan Avropa Sosial Xartiyası qarşısındakı öhdəliklərin icrası ilə bağlı ilk hesabatını noyabr ayınadək Avropa Şurasına təqdim edəcək

Azərbaycan Avropa Sosial Xartiyası qarşısındakı öhdəliklərin icrası ilə bağlı ilk hesabatını noyabr ayınadək Avropa Şurasına təqdim edəcək
# 20 iyun 2007 10:34 (UTC +04:00)
Seminarın əsas məqsədi 6 yanvar 2004-cü il tarixdə Azərbaycan tərəfindən ratifikasiya edilmiş “Yenidən baxılmış Avropa Sosial Xartiyası” üzrə ilk milli hesabatın hazırlanmasında müvafiq dövlət və qeyri-dövlət qurumlarına köməklik göstərmək, məmurlar, hüquqşünaslar və vətəndaş cəmiyyətinin nümayəndələri üçün müvafiq təlimlər təşkil etmək və Azərbaycanda fundamental sosial hüquqların səmərəliliyini təmin etməkdir.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiə nazirinin müavini İlqar Rəhimov Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) 55 konvensiyasını ratifikasiya etdiyini bildirib.
İ.Rəhimovun sözlərinə görə, “Yenidən baxılmış Avropa Sosial Xartiyası”nın müddəalarına əsasən, iştirakçı dövlətlər öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə Avropa Şurasına ildə bir dəfə məruzə təqdim etməlidir. Bununla əlaqədar, Azərbaycan tərəfindən hazırlanacaq ilk hesabatın 2007-ci ilin oktyabr ayının 31-dək Avropa Şurasına təqdim edilməsi nəzərdə tutulub.
Avropa Komitəsinin sosial hüquqlar üzrə icraçı direktoru Regis Brillatın sözlərinə görə, Avropa Şurası və Avropa Sosial Xartiyasına üzv olan 46 dövlətdən 36-sı artıq hesabatlarını təqdim edib. R.Brillat bildirib ki, qurumun əsas məqsədi birinci hesabatın hazırlanmasında Azərbaycana yaxından kömək etməkdir. Avropa Şurasının birgə proqramı çərçivəsində həyata keçirilən seminar bu ilin iyul ayında Gürcüstan və Ermənistanda təşkil olunacaq. R.Brillat gələcəkdə Azərbaycanda ikinci belə bir seminarın keçiriləcəyini də vurğulayıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR