Bank Of Baku

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bakıda məktəbli məcburi köçkünlər üçün “Oyun günləri” təşkil edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bakıda məktəbli məcburi köçkünlər üçün “Oyun günləri” təşkil edib
# 20 iyun 2007 13:26 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə 4 məcburi köçkün məktəbindən olan 100 uşaq iştirak edib. Nazirlər Kabinetinin qaçqın və məcburi köçkünlərin işləri, beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Qurban Sadıqov Ermənistanın işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma torpaqlarından qaçqın və köçkün düşdüyünü qeyd edib. O, hazırda Azərbaycanda digər ölkələrdən olan 3 mindən artıq insanın qaçqın statusu aldığını və ölkəmizdə sığınacaq tapdığını bildirib. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Uilyam Tol isə müharibə və deportasiyalardan daha çox uşaqların əziyyət çəkdiyini deyib. O, tezliklə Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə və məcburi köçkünlərin öz doğma yerlərinə qayıdacaqlarına ümidvar olduğunu bildirib. Qeyd edək ki, “Oyun günləri” çərçivəsində digər tədbir bu gün Biləsuvar rayonundakı məcburi köçkün uşaqları üçün keçirilib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR