Bank Of Baku

Azərbaycana üçüncü ölkələrdən gəlmiş qaçqınların sayında azalma müşahidə olunur

Azərbaycana üçüncü ölkələrdən gəlmiş qaçqınların sayında azalma müşahidə olunur
# 20 iyun 2007 11:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qaçqın və məcburi köçkünlərin işləri, beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Qurban Sadıqov bildirib. Q. Sadıqovun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan qaçqınların böyük əksəriyyəti İran, İraq, Fələstin və Rusiya əsilli çeçen qaçqınlarıdır: “Bir neçə il əvvəl qaçqınların sayı 11 min olduğu halda, başqa ölkələrə miqrasiya nəticəsində hazırda bu rəqəm 3 minədək enib. Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət proqramlarında üçüncü ölkələrdən olan qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri də əksini tapıb”.
Son günlər digər ölkələrdən olan 79 nəfərə qaçqın statusunun verildiyini deyən Q. Sadıqov bundan sonra digər ölkələrdən olan və qaçqın statusu almış şəxslərin işi ilə yeni yaradılmış Dövlət Miqrasiya Xidmətinin məşğul olacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR