Bank Of Baku

Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür

Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür
# 20 iyun 2007 12:02 (UTC +04:00)
“Bu gün dünyanın 45 ölkəsində 21 milyona qədər qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxs var ki, bunun da əhali sayına nisbətdə ölkələr üzrə ən yüksək göstəricisi Azərbaycanda qeydə alınıb”. APA-nın məlumatına görə, bu sözləri Nazirlər Kabinetinin qaçqın, məcburi köçkünlərin işləri və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq üzrə şöbəsinin müdiri Qurban Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür: “Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən beynəlxalq təşkilatlarla birgə işlər görülür. Bu yaxınlarda BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycanda olub. O hazırladığı hesabatda hökumətin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini müsbət qiymətləndirib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR