Bank Of Baku

Azərbaycanla Avropa İttifaqına üzv olan bir sıra ölkələr arasında readmissiya sazişlərinin imzalanması nəzərdə tutulur

Azərbaycanla Avropa İttifaqına üzv olan bir sıra ölkələr arasında readmissiya sazişlərinin imzalanması nəzərdə tutulur
# 20 iyun 2007 12:03 (UTC +04:00)
Bu il Azərbaycanla Avropa İttifaqına üzv olan bir sıra ölkələr arasında readmissiya (qeyri-leqal emiqrantların qarşılıqlı şəkildə geri qaytarılması) sazişlərinin imzalanması nəzərdə tutulur. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə Nazirlər Kabinetinin qaçqın və məcburi köçkünlərin işləri, beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Qurban Sadıqov məlumat verib: “Azərbaycan vətəndaşlarının bir sıra ölkələrdə qaçqın statusu almaq istəməsi ilə bağlı faktlar var. Hazırda Azərbaycan hökuməti bir çox ölkələrlə birgə bu məsələni araşdırır”. Q. Sadıqovun sözlərinə görə, hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən sözügedən məsələ ilə bağlı araşdırmalar aparılır. İlk olaraq Danimarka və Almaniya ilə readmissiya sazişlərinin imzalanması planlaşdırılır. Artıq həmin ölkələrin hökumətləri bununla bağlı Azərbaycana müraciət ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR