Bank Of Baku

Dünyada vətəndaşlığı olmayan şəxslərin sayı 6 milyona çatıb

Dünyada vətəndaşlığı olmayan şəxslərin sayı 6 milyona çatıb
# 20 iyun 2007 12:27 (UTC +04:00)
BMT-nin baş katibi 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, qaçqınlar öz evlərini könüllü deyil, münaqişə və ya təqiblərə görə tərk edirlər: “Didərgin həyatı on milyonlarla insana saysız-hesabsız məhrumiyyətlər gətirib. Son bir neçə onilliklə müqayisədə bütün dünyada qaçqınların sayının rəsmi göstəriciləri aşağı səviyyədədir. Lakin bu göstəricilər təhlükəsizliyin təmin olunmaması və siyasi gərginlik səbəbindən didərgin olmuş qrupları nəzərə almır. Bütöv icmalar öz ölkələrinin ərazisində də sığınacaq axtara bilərlər. Öz ölkələri daxilində qaçqın şəraitində yaşayan məcburi köçkünlərin də müdafiə və yardıma, təhsil və təhlükəsizliklərinin təmin edilməsinə eyni dərəcədə ehtiyacları var. Belə insanların isə sayı artmaqdadır. Ötən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT agentlikləri yardımları genişləndirərək, ümumilikdə 20 milyon məcburi köçkünün yaşadığı 23 ölkəyə köməklik göstərib”. Müraciətdə o da qeyd edilir ki, hesablamalara görə, bütün dünyada vətəndaşlığı olmayan şəxslərin sayı artaraq, 60 ölkədə təqribən 6 milyona çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR