Bank Of Baku

Rəsulzadə bələdiyyəsi əmlak və torpaq vergisinin yığımında kodlaşdırma sisteminin tətbiqinə başlayıb

Rəsulzadə bələdiyyəsi əmlak və torpaq vergisinin yığımında kodlaşdırma sisteminin tətbiqinə başlayıb
# 20 iyun 2007 13:47 (UTC +04:00)
M.Ə.Rəsulzadə qəsəbəsinin bələdiyyəsi əmlak və torpaq vergisinin yığımında kodlaşdırma sisteminin tətbiqinə başlayıb. Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqlinin APA-ya verdiyi məlumata görə, bu məqsədlə ilk olaraq bələdiyyə əməkdaşları tərəfindən inzibati ərazidə yaşayan şəxslərin qeydiyyatı dəqiqləşdirilib, sonra onlara məxsus əmlakın dəyəri, həcmi və çertyoju müəyyən edilib. Toplanan sənədlər kompüterdə yerləşdirilib və hər bir mülk sahibinə kod verilib. Sistemin tətbiqi şəffaflığın təmin olunması və bələdiyyənin maliyyə itkilərini məhdudlaşdırılmasına şərait yaradacaq. Qeyd edək ki, artıq Bakının Nəsimi, Nərimanov, Keşlə, Səbail və Gəncənin Kəpəz və Nizami bələdiyyələri də kodlaşdırma sistemin tətbiqinə start veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR