Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuzda birgə regional seminar-müşavirə keçirib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuzda birgə regional seminar-müşavirə keçirib
# 25 iyun 2007 11:55 (UTC +04:00)
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) birgə Tovuz rayonunda növbəti regional seminar-müşavirə keçirib. Bu barədə “APA-Economics”ə DTXK-nın mətbuat xidmətindən məlumat verilib.
Seminar-müşavirədə hər iki qurumun mərkəzi aparatının, struktur vahidlərinin və regional mərkəzlərinin rəhbər işçiləri, rayon torpaq və xəritəçəkmə şöbəsinin əməkdaşları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Müşavirədə torpaq qanunvericiliyi, torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosedurları ilə bağlı məlumatlar verilib, bu münasibətləri tənzimləyən hüquqlar şərh edilib.
DTXK-nin sədri Q.Məmmədov qeyd edib ki, ölkədə torpaq islahatları həyata keçirilir və bu proses dünyada oxşarı olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq, əvəzsiz pay kimi vətandaşlara verilməsi ilə həyata keçirilib. Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi ilə bağlı Komitə tərəfindən kənd yaşayış məntəqəsi üzrə qanuni istifadədə olan torpaqlara texniki kadastr sənədinin verilməsi istiqamətində yerquruluşu işi aparılıb. Dövlət başçısının 28 fevral 2007-ci il tarixdə imzaladığı fərmana əsasən, vətəndaşların mülkiyyətinə veriləcək torpaq sahələrinin bütün kadastr texniki plan göstəricilərini özündə əks etdirən “Torpaq sahəsinin plan və ölçüsü” texniki sənədinin vahid forması təsdiq edilib. Hazırda həmin sənədlər Komitənin regional kadastr mərkəzlərində hazırlanaraq vətəndaşlara yeni nümunədə verilir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq hüquqi status qazanır.
Tədbirdə DƏDRX-in rəisi Arif Qaraşov da çıxış edərək dövlət reyestrinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR