Bank Of Baku

Gənclər və İdman Nazirliyinin işçiləri üçün attestasiya keçirilməsinə başlanılıb

Gənclər və İdman Nazirliyinin işçiləri üçün attestasiya keçirilməsinə başlanılıb
# 25 iyun 2007 13:53 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin işçiləri üçün bu gündən attestasiya keçirilməsinə başlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov APA-ya bildirib ki, attestasiya “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, qurumun Mərkəzi Aparatında 5 və ondan çox müddətə işləyən işçilər üçün keçirilir. Üç gün davam edəcək attestasiya şöbələr üçün mərhələli qaydada olacaq. İşçilərə attestasiya zamanı təqdim olunacaq sualları isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və gənclər, idman sahəsində fəaliyyət göstərən müvafiq təşkilatlar hazırlayıblar. Yazılı şəkildə keçirilən attestasiyanın nəticələri yaxın günlərdə açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR