Bank Of Baku

Sumqayıt və Rustavi şəhərlərinin administrasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Sumqayıt və Rustavi şəhərlərinin administrasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb
# 25 iyun 2007 14:47 (UTC +04:00)
Sumqayıt şəhər İcra hakimiyyəti ilə Gürcüstanın Rustavi şəhər meriyası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin bərpası və inkişafına dair saziş imzalanıb. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.
Gürcüstan nümayəndə heyəti ilə keçirilən görüşdə ölkələrin, eləcə də ayrı-ayrı şəhər və regionların qarşılıqlı əlaqələrinin inkişafı üçün nümunə təşkil etməsinin vacibliyi vurğulanıb. Yaxın vaxtlarda hər iki şəhərin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR