Bank Of Baku

Azad Rəhimov gənclər şəhərciyinin salınması ilə bağlı suala 152-ci dəfə cavab verib

Azad Rəhimov gənclər şəhərciyinin salınması ilə bağlı suala 152-ci dəfə cavab verib
# 25 iyun 2007 16:37 (UTC +04:00)
“Bu suala artıq 152-ci dəfədir, cavab verirəm. Suallar verildikcə, sayıram, növbətisi 153-cü olacaq”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov “Gənclər şəhərciyinin salınması ilə bağlı məsələ nə yerdədir” sualının qarşılığında deyib. Bununla belə, sualı cavablandıran A. Rəhimov Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Gənclər və İdman Nazirliyinə Hövsan qəsəbəsində torpaq sahəsinin ayrıldığını bildirib: “Amma bizim orada gənclər üçün şəhərcik tikmək imkanımız yoxdur. Sadəcə, biz müəyyən şərtlər daxilində həmin sahədə tikinti aparan təşkilata köməklik göstərəcəyik. Əvəzində tikilən obyektlərin 20-30 faizini gənclər üçün əldə etmək istəyirik. Ola bilsin, hələlik bazarda yeni evlərin tikilməsinə tələbat yoxdur. Ona görə də heç bir təşkilat maraq göstərmir. Sahə də boş qalıb”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR