Bank Of Baku

Bu gün 504 kiloqram narkotik vasitə məhv edilib

Bu gün 504 kiloqram narkotik vasitə məhv edilib
# 26 iyun 2007 09:17 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə müsadirə olunmuş narkotik maddələr yandırılıb. Nazirlər Kabinetinin hərbi və inzibati orqanlar şöbəsinin müdiri Əzim Piriyev bildirib ki, məhv edilən narkotik vasitələrinin 135 kq marixuana, 81 kq heroin, 52 kq triyək, 104 kq isə həşiş, yerdə qalanı isə digər narkotik vasitələridir. Məhv edilən narkotik vasitələrin qara bazarla hesablanan qiyməti 6 milyon dollardan çox olub. Narkotik vasitələrin çox hissəsi Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müsadirə olunub./APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR