Bank Of Baku

Bu il istehsalatda 19 nəfər ölüb

Bu il istehsalatda 19 nəfər ölüb
# 27 iyun 2007 09:09 (UTC +04:00)
Bu il ərzində istehsalatda 54 bədbəxt hadisə baş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü APA-ya bildirib ki, bu hadisələrin 19-u ölümlə nəticələnib. Hadisələr sənayenin bütün sahələrində qeydə alınsa da, tikinti sahəsinin payına düşən bədbəxt hadisələrin sayı daha çoxdur. Özəl sektorda qanun pozuntularının daha çox qeydə alındığını deyən N. Şükürlünün sözlərinə görə, dövlət sektorunda əməyin təhlükəsizliyi üzrə müfəttişin və həmkarlar ittifaqının fəaliyyəti onlara bu işdə yardımçı olur: “Özəl strukturlarda isə ya həmkarlar təşkilatı olmur, ya da əməyin təhlükəsizliyi sahəsində çalışan insanın özü yetərincə səlahiyyətli deyil. Digər tərəfdən, onların yeni işə götürdüyü işçini təlimatlandırmaq üçün kifayət qədər bilgisi də olmur”. Azərbaycanla müqayisədə Rusiyada istehsalatda vəziyyətin daha acınacaqlı olduğunu deyən N. Şükürlü tikintidə çalışanların yıxılma ehtimalının az olması üçün onların təhlükəsizlik kəmərləri ilə təminini də vacib sayıb: “Bir qismi əsas gətirir ki, bu kəmərlər bahadır və onlar respublikada yoxdur. Ancaq işəgötürən həmin kəmərləri başqa bir şeylə də əvəz edə bilər. Məsələn, heç olmasa tikintinin kənarlarına nəsə qoya bilər ki, hündürlükdə işləyən insanın yıxılma ehtimalı olduğu təqdirdə maksimum ölümdən qaça bilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR