Bank Of Baku

Beynəlxalq təşkilat Azərbaycanda uşaqların ailələrə verilməsi üzrə pilot layihə həyata keçirməyi planlaşdırır

Beynəlxalq təşkilat Azərbaycanda uşaqların ailələrə verilməsi üzrə pilot layihə həyata keçirməyi planlaşdırır
# 27 iyun 2007 14:46 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov bu gün Açıq Cəmiyyət “Əqli Sağlamlıq Təşəbbüsü” təşkilatının direktoru Judit Kleynlə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, M. Mərdanov hazırda ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən bir sıra layihə və proqramlar haqqında qonağı məlumatlandırıb. J. Kleyn isə təmsil etdiyi təşkilatın funksiyası və gördüyü işlər barədə danışaraq Azərbaycanda uşaqların ailələrə verilməsi üzrə pilot layihə həyata keçirmək istədiklərini açıqlayıb. Görüşdə pilot layihə üzrə strategiya və konkret fəaliyyət planının hazırlanması, seçiləcək pilot müəssisənin lazımi ehtiyaclarının ödənilməsi, uşaqların ailələrə verilməsi imkanlarının genişləndirilməsi, habelə yaxın gələcəkdə qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR