Bank Of Baku

Salyan rayonunun bir sıra kənd bələdiyyələri Dövlət Neft Şirkətinə müraciət ediblər

Salyan rayonunun bir sıra kənd bələdiyyələri Dövlət Neft Şirkətinə müraciət ediblər
# 27 iyun 2007 15:24 (UTC +04:00)
Salyan rayonunun Yolüstü, Aydıngül, Varlı 1, Varlı 2, Peyk və Kürsəngi kəndlərinin bələdiyyələri Azərbaycan Dövlət Neft Şirkətinə müraciət ediblər. Aydıngül bələdiyyəsinin sədri Qulu Novruzovun APA-ya verdiyi məlumata görə, müraciətdə “Salyan Oil” şirkətinin istismar etdiyi Əlibayramlı-Salyan yolundan şirkət istiqamətinə gedən yolun təmir olunması xahiş edilir. Q. Novruzov bildirib ki, adları çəkilən kəndlərdə 15 minə qədər adam yaşayır. “Salyan Oil” şirkətinin həmin kəndlərdən keçən yoldan istifadə etməsi nəticəsində yolların bərbad hala salındığını deyən bələdiyyə sədri bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdiyini deyib: “Amma İqtisad Məhkəməsi bizim iddiamızı təmin etmədi. “Salyan Oil” şirkəti Azərbaycan hökuməti ilə bağladığı müqavilədə yolun istismara yararlı vəziyyətdə saxlanması ilə bağlı öhdəlik götürüb. Amma bu öhdəlik yerinə yetirilmir”. Q. Novruzov məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalıya da müraciət edildiyini bildirib. O, yolun təmir olunmayacağı halda sakinlərin etiraz aksiyası keçirəcəklərini və yolu bağlayacaqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR