Bank Of Baku

Naxçıvanda “Azərbaycan Kənd investisiya layihəsi” çərçivəsində yekun seminar keçirilib

Naxçıvanda “Azərbaycan Kənd investisiya layihəsi” çərçivəsində yekun seminar keçirilib
# 27 iyun 2007 16:44 (UTC +04:00)
Naxçıvanda “Azərbaycan Kənd investisiya layihəsi” çərçivəsində yekun seminar keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının layihə-icma qrupları, o cümlədən layihənin həyata keçirildiyi rayonlardan nümayəndələr iştirak edib. “Qarşılıqlı görüşlər sessiyası” adı altında təşkil olunan yekun seminarda regionda layihənin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib. Seminarda həmçinin gələcəkdə həyata keçiriləcək icma layihələri barədə təcrübələr haqqında müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirin sonunda icma layihələrinin həyata keçirilməsində fərqlənənlərə nümayəndələr müvafiq diplomlar təqdim olunub. Qeyd edək ki, bu “Azərbaycan KİL” çərçivəsində keçirilən sonuncu seminardır. Təqdimat seminarı iyunun 22-də İmişlidə keçirilib.
“Azərbaycan Kənd investisiya layihəsi”ni Dünya Bankı Azərbaycan hökuməti ilə birgə həyata keçirir. Layihənin müddəti 2008-ci ilin sonuna qədərdir. Layihənin müddətinin uzadılması istisna edilmir. Layihə 3 zonanı əhatə etməklə 21 rayonda aparılır. Azərbaycan KİL çərçivəsində cari ildə Muxtar Respublikada 20 icma layihəsi baş tutub, 7 icma-layihəsi üzrə tender elan edilib. Növbəti müddət ərzində daha 20 icma layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR