Bank Of Baku

“Orxan” özəl damazlıq təşkilatında 2 baş iribuynuzlu heyvan qızdırmadan məcburi kəsilib

“Orxan” özəl damazlıq təşkilatında 2 baş iribuynuzlu heyvan qızdırmadan məcburi kəsilib
# 28 iyun 2007 15:58 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “Orxan” özəl damazlıq təşkilatında 4 baş iribuynuzlu heyvanın infeksion xəstəlikdən tələf olması barədə yayılan məlumatları təkzib edib. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, təsərrüfatın 4 deyil, 2 baş heyvanı xəstəlikdən məcburi kəsilib. Heyvanların məcburi kəsiminə səbəb invazion (qızdırma) xəstəlik səbəb olub. Tələfatın səbəblərini araşdırarkən məlum olub ki, heyvanlar baytar-sanitar normalara cavab verməyən binalarda saxlanılır, təsərrüfatda fərdi baytarlıq xidməti ilə məşğul olan mütəxəssis fəaliyyət göstərmir. Eyni zamanda rayonda xəstəlik törədicisini keçirən gənələrin növünün çoxluğu, heyvanların gənələrə qarşı çimizdirmə prosesinin aparılmaması heyvanların tələfinə səbəb olub. Hazırda təsərrüfatda invazion xəstəliyin profilaktikasına uyğun mübarizə tədbirləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR