Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu işləyənlərin sosial sığortaya cəlb edilməlməsində çətinlik çəkir

Dövlət Sosial Müdafiə Fondu işləyənlərin sosial sığortaya cəlb edilməlməsində çətinlik çəkir
# 29 iyun 2007 13:16 (UTC +04:00)
“Biz Azərbaycanda orta aylıq pensiyanın orta aylıq əmək haqqının 40%-nə çatmasını istəyirik. Lakin pensiyaçılarımıza orta aylıq əmək haqqının 40%-i qədər pensiya vermək istəyiriksə, onda ölkədə sosial sığorta haqlarının dərəcəsi 30% olmalıdır. Bu gün isə bizdə bu göstərici 25%-dir”. “APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub. Bu sənəddə ölkədə pensiyaların orta aylıq məbləği orta aylıq əmək haqqının 40 faizindən aşağı olmaması məsələsi qeyl olunub: “Yaranmış fərqi kompensasiya etmək üçün Fond bütün xərclərinin 28%-ni dövlət büdcəsindən almaq məcburiyyətindədir. Əks halda, biz bundan imtina etsək, sosial sığorta dərəcəsi 30%-dək artırılmalıdır. Lakin əgər biz 25%-lə bütün xərclərimizi ödəmək istəyiriksə, onda mütləq ölkədə işləyənlərin hamısı sosial sığortaya cəlb edilməlidir. Bu da bu gün çətin məsələdir. Kənd yerlərində yaşayan 2 milyondan artıq əhalinin yalnız 183 minini qeydiyyata ala bilmişik”.
S.Müslümov qeyd edib ki, DSMF 2015-ci ilədək özünü tam maliyyələşdirən quruma çevrilməlidir və hazırda bu istiqamətdə tədbirlər görülür. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR