Bank Of Baku

Səlim Müslümov: “Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvlüyünə təkrar seçilməsində problemlər yarana bilər”

Səlim Müslümov: “Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvlüyünə təkrar seçilməsində problemlər yarana bilər”
# 29 iyun 2007 13:59 (UTC +04:00)
Bu ilin sentyabr ayında Moskvada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş Assambleyasının iclası keçiriləcək. “APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, tədbirdə qurumun yeni büro üzvləri seçiləcək və digər məsələlər müzakirə olunacaq. Azərbaycanın daha 3 il müddətinə büroda təmsil olunmasını əhəmiyyətli hesab edən S.Müslümov qeyd edib ki, ölkəmiz büro üzvlüyünə seçilməyə də bilər. Bu, ortaya çıxan bəzi problemlərlə bağlıdır: “Bu proses rotasiya xarakterlidir və Azərbaycanın öz yerini regionda artıq digər bir dövlətə verməsi lazımdır. Biz isə çalışırıq ki, Azərbaycan növbəti 3 ildə də bu qurumun büro üzvlüyündə təmsil edilsin. Ancaq bir çətinlik var. Beynəlxalq Sosial Təminat Assosiasiyasının üzvü olan 167 dövlət Avropa, Asiya, Sakit Okean və Okeaniya, Afrika qruplarına bölünür. Bunların hər biri üçün kvota ayrılıb. Qəribədir ki, Türkiyə Asiya qrupuna daxil edildiyi halda, Azərbaycan Avropa qrupuna düşüb. Avropa qrupuna daxil olan 47 ölkə üçün cəmi 16 yer, Asiya qrupunun 24 ölkəsi üçün isə 11 yer ayrılıb. Azərbaycan Asiya qrupunda olsa idi, asanlıqla büro üzvlüyünə təkrar seçilə bilərdi. Əsas məsələ isə səsvermədə olan problemlərlə bağlı olacaq”. /APA-Econiomics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR