Bank Of Baku

Əli Bayramlı-Bakı marşrutunda işləyən mikroavtobus sürücüləri onlardan qanunsuz haqq tələb olunduğunu iddia edir

Əli Bayramlı-Bakı marşrutunda işləyən mikroavtobus sürücüləri onlardan qanunsuz haqq tələb olunduğunu iddia edir
# 04 iyul 2007 09:25 (UTC +04:00)
Əli Bayramlı-Bakı marşrutunda işləyən mikroavtobus sürücüləri prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna məlumat verən sürücülər bildiriblər ki, Səbayel rayonu ərazisində yerləşən “Klassik Aİ” MMM adı altında fəaliyyət göstərən Əli Bayramlı, Salyan və Neftçala rayonları istiqamətində hərəkət edən mikroavtobuslar üçün nəzərdə tutulmuş avtovağzalın baş direktoru İlham İsmayılov sürücülərdən qanunsuz olaraq haqq tələb edir. Sürücülər İlham İsmayılovun onlardan hər gün Əli Bayramlıya və digər rayonlara reys etmək üçün qanunsuz olaraq 40 manat pul tələb etdiyini deyiblər. Ödənilən rüsuma görə isə sürücülərə qəbz verilmir. Bu pulu hər gün ödəmək imkanları olmayan sürücülər bildirirlər ki, əgər onların müraciətdə göstərilən tələbləri yerinə yetirilməsə, 150 nəfərə yaxın sürücü etiraz aksiyası keçirəcəklər. Sürücülər problemlə əlaqədar ombudsman Elmira Süleymanovaya, əlaqədar nazirliklərə də şikayət ərizəsi ilə müraciət ediblər. Müraciəti 40-dan çox sürücü imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR