Bank Of Baku

Bərdədə əlil qadınların əl işlərinin satış-sərgisi keçirilib

Bərdədə əlil qadınların əl işlərinin satış-sərgisi keçirilib
# 04 iyul 2007 09:54 (UTC +04:00)
Bərdə rayon Mədəniyyət Evində Bərdə, Tərtər, Ağdam, Ağcabədi rayonlarından olan 22 əlil qadınının əl işləri satış-sərgisi keçirilib. “Əlil qadınların hüquqlarının müdafiəsinə dəstək” koalisiyasından APA-ya verilən məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Counterpart İnternational” təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilən “Mərkəzi regionda əlil qadınların hüquqlarının müdafiəsinə dəstək” layihəsi əsasında təşkil olunan yaradıcılıq sərgisində əlil xanımların istedadlarını nümayiş etdirən müxtəlif rəsm əsərləri, toxumalar, bitki toxumlarından hazırlanmış tablolar, güllərdən hazırlanmış müxtəlif kompozisiyalar, xalçalar və digər əşyalar tədbir iştirakçılarına təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR