Bank Of Baku

BMT Beynəlxalq Kooperativlər Günü münasibəti ilə müraciət yayıb

BMT Beynəlxalq Kooperativlər Günü münasibəti ilə müraciət yayıb
# 04 iyul 2007 11:58 (UTC +04:00)
BMT 7 iyul - Beynəlxalq Kooperativlər Günü münasibəti ilə müraciət yayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, müraciətdə həmin günün builki mövzusunun “Korporativ ictimai məsuliyyət naminə əməkdaşlığın dəyər və prinsipləri” olduğu bildirilir və bunun kooperativlərin korporativ ictimai məsuliyyətin inkişaf etdirilməsində vacib rolunun olduğu vurğulanır. “Demokratiya, bərabərlik, ədalət və həmrəylik anlayışları ilə bağlı dəyərlərin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, kooperativlər korporativ ictimai məsuliyyətin inkişaf etdirilməsi işinə böyük töhfələr verir. Onlar, özünə yardım və fərdi məsuliyyət prinsiplərini təbliğ edərək, iqtisadi cəhətdən nəticələr əldə etməyə yönələn sahibkarlığın inkişaf etdirilməsinə çalışır, eləcə də düzgünlük, səmimilik, ictimai məsuliyyət, cəmiyyətə qayğı kimi etik dəyərləri dəstəkləyirlər. Kooperativlər insanların yaşayışının yaxşılaşdırılmasına, eləcə də cəmiyyətlərinə böyük yardım göstərirlər. Dünyada ümumi sayı 800 milyondan çox olan sahibkarlar arasında kooperativlər təqribən 100 milyon iş yerinə malikdir. Eyni zamanda onlar Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyimiz birgə səylərdə bizim əsas tərəfdaşımızdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR