Bank Of Baku

BMT Baş Məclisinin “Uşaqlar üçün yararlı dünya” qətnaməsinin beşilliyinə həsr edilmiş milli konfrans keçiriləcək

BMT Baş Məclisinin “Uşaqlar üçün yararlı dünya” qətnaməsinin beşilliyinə həsr edilmiş milli konfrans keçiriləcək
# 05 iyul 2007 10:36 (UTC +04:00)
İyulun 6-da “Gülüstan” sarayında BMT Baş Məclisinin qəbul etdiyi “Uşaqlar üçün yararlı dünya” qətnaməsinin beşinci ildönümünə həsr olunmuş milli konfrans keçiriləcək. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, bu konfrans Azərbaycan hökuməti və UNICEF təşkilatının Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıq şəraitində birlikdə həyata keçirdiyi bir tədbirdir. Konfransın məqsədi Azərbaycanda BMT Baş Məclisinin “Uşaqlar üçün yararlı dünya” qətnaməsinin həyata keçirilməsini dəyərləndirmək, hökumətin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin uşaq hüquqlarının təşviq edilməsi və qorunmasında iştirakını artırmaqdır. Konfrans həm də Avropa Şurasının üçillik “Uşaqlar üçün və uşaqlarla Avropa quraq” proqramına öz töhfəsini verəcək. Qeyd edək ki, “Uşaqlar üçün yararlı dünya” qətnaməsini rəsmi olaraq Azərbaycan da daxil olmaqla 180-ə yaxın ölkə qəbul edib. Sənəd dünyadakı uşaqlar üçün və onların iştirakı ilə növbəti on il üçün nəzərdə tutulmuş 21 konkret hədəf və məqsədləri özündə birləşdirən yeni proqram təmin edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR