Bank Of Baku

Əli Bayramlıda dəmir yolu ətrafında yerləşən obyektlərin sökülməsi üçün sahibkarlara bildiriş paylanıb

Əli Bayramlıda dəmir yolu ətrafında yerləşən obyektlərin sökülməsi üçün sahibkarlara bildiriş paylanıb
# 05 iyul 2007 11:38 (UTC +04:00)
Əli Bayramlıda dəmir yolu ətrafında yerləşən obyektlərin sökülməsi üçün sahibkarlara bildiriş paylanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna obyekt sahibləri məlumat veriblər. Sahibkarlara Azərbaycan Dövlət Dəmir Yolunun cənub istiqaməti üzrə komissiyasının sədri N. Nağıyevin imzası ilə paylanmış xəbərdarlıq məktubunda Nazirlər Kabinetinin 33 saylı 23 fevral 2005-ci il tarixli qərarını əsas tutaraq dəmir yolunun təyinatlı torpaq zolağının xüsusi mühafizə zonasında qeyri-qanuni tikilmiş, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin ərazidə yerləşən obyektlərin 10 gün müddətində sökülməsi haqda xəbərdarlıq edilib. Əks halda, obyektlər yol rəisinin təsdiq etdiyi komissiya üzvlərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə söküləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR