Bank Of Baku

Azərbaycanda “Afrika taunu” xəstəliyi aşkarlanmayıb

Azərbaycanda “Afrika taunu” xəstəliyi aşkarlanmayıb
# 09 iyul 2007 13:11 (UTC +04:00)
APA-nın məlumatına görə, DBX rəisi İsmayıl Həsənov bildirib ki, ölkədə “quş qripi” ilə bağlı keçən il 7 (aprel-dekabr ayları), bu il isə 8 monitorinq keçirilib. Bu monitorinqlər nəticəsində çöl və ev quşlarından götürülmüş 25283 nümunə Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Ötən il götürülmüş 17073, bu il isə 8210 nümunədə xəstəlik daşıyıcısına təsadüf edilməyib. Bu il iyunun 27-dən iyulun 7-dək aparılan monitorinq zamanı 693 ev quşunun, 26 çöl quşunun patoloji materialı müayinədən keçirilib. Bu nümunələrdə də xəstəlik aşkarlanmayıb. Monitorinq zamanı xəstə və ölü quşlara da rast gəlinməyib. Xidmət rəisi növbəti monitorinqin payızadək təxirə salınacağını bildirib. Hazırda “quş qripi”nə görə ölkədə epizodik vəziyyətin sabit olduğunu bildirən İ. Həsənov deyib ki, sabitliyin qorunması üçün tədbirlər görülür. Xidmət rəisi Gürcüstanda donuzların kütləvi ölümü ilə nəticələnən “Afrika taunu” xəstəliyinin yayıldığını vurğulayaraq qeyd edib ki, bu səbəbdən iyunun 7-dən bu ölkədən Azərbaycana donuz əti və məhsullarının gətirilməsinə qadağa qoyulub. Onun sözlərinə görə, əl yükləri ilə gətirilən donuz əti və məhsullarının məhv edilməsi, ölkə ərazisində ev donuzlarının qapalı şəraitdə saxlanması və s. tədbirlərin görülməsi barədə göstəriş verilib: “Xidmət tərəfindən sərhəd zonalarından infeksiyanın ölkə ərazisinə keçməməsi üçün sərhəd zolaqlarında vəhşi heyvanların, o cümlədən qabanların miqrasiyasına nəzarət edilir. Sərhəd rayonlarındakı donuzçuluq təsərrüfatlarından götürülərək müayinədən keçirilmiş 79 qan nümunəsində xəstəlik aşkarlanmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR