Bank Of Baku

Gəncədə əhalinin sayı 0,7 faiz artıb

Gəncədə əhalinin sayı 0,7 faiz artıb
# 10 iyul 2007 16:05 (UTC +04:00)
Bu il Gəncədə əhalinin sayı 0,7 faiz artıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Statistika İdarəsinin şöbə müdiri Aydın Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu il iyul ayının 1-nə Gəncədə əhalinin sayı 308 581 nəfərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 2132 nəfər az, yəni 306 449 nəfər olub. Əhalinin 147 810 nəfəri kişi, 160 771 nəfəri isə qadındır. Bu ilin 6 ayı ərzində 1847 körpə dünyaya göz açıb ki, bu da ötən il 1881 olub. Ölənlər keçən il 976 nəfər olduğu halda, bu il 960 nəfər təşkil edib. Bu il bağlanan nikahların sayında da artım var. Belə ki, bu il 970 nəfər ailə qurub, ötən il isə bu göstərici 961 olub. Boşananlar isə keçən ilə nisbətən 7 nəfər çox olmaqla 197 olub. Şəhərə bu il 375 nəfər gəlib, 367 nəfər şəhərdən gedib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə şəhərə 570 nəfər gəlmişdi, 291 nəfər isə gedib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR