Bank Of Baku

Uşaq və Ailələrə Dəstək Mərkəzi məcburi köçkünlərə də yardım göstərəcək

Uşaq və Ailələrə Dəstək Mərkəzi məcburi köçkünlərə də yardım göstərəcək
# 13 iyul 2007 07:41 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xilası” Təşkilatının Goranboyda inşa etdiyi Uşaq və Ailələrə Dəstək Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verilib. Komitə sədri Hicran Hüseynova APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib ki, bu mərkəzlər xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və onlara icma əsaslı qayğının göstərilməsi məqsədilə yaradılıb. Sözügedən qurumlar uşaqların inkişaf mərhələlərində müəyyən çətinliklərin aradan qaldırılmasında, sağlamlıq imkanları məhdud olan uşaqlara müstəqil həyat bacarıqlarının inkişafında müsbət rol oynayır. Mərkəzlər əlil, əqli çatışmazlığı olan, baxımsız, dövlət müəssisələrində yerləşdirilmiş və aztəminatlı ailələrdə böyüyən uşaqlara yardım göstərir. H. Hüseynova bildirib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzi yerləşdiyi ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə də yardım göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR