Bank Of Baku

Goranboyda Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri üçün yeni evlər inşa ediləcək

Goranboyda Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri üçün yeni evlər inşa ediləcək
# 13 iyul 2007 07:56 (UTC +04:00)
Goranboy rayonunda Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri üçün yeni evlər inşa ediləcək. APA-nın Qarabağ bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin də yeni inzibati binasının tikintisinə başlanıb. Hər iki tikilinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, eyni vaxtda respublikanın bir neçə rayonunda Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri üçün evlər inşa olunur. N. Məmmədovun sözlərinə görə, respublikanın müxtəlif yerlərində və Goranboyda aparılan tikinti işləri qısa müddətdə başa çatdırılıb istifadəyə veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR