Bank Of Baku

UNICEF-in Azərbaycandakı nümayəndəsi QİÇS-li insanlara rüsvayçılıq damğası vurulmasından narahatdır

UNICEF-in Azərbaycandakı nümayəndəsi QİÇS-li insanlara rüsvayçılıq damğası vurulmasından narahatdır
# 13 iyul 2007 09:25 (UTC +04:00)
Bu barədə APA-ya UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. “İnsanların əksəriyyətinin İİV-i narkomanlarla, fahişələrlə və “pis davranış”la bağlı mənfi stereotiplərlə əlaqələndirdiyi bit vaxtda UNICEF xatırlatmaq istəyir ki, bu xəstəlikdən heç kəs sığortalanmayıb. İctimaiyyətdə belə insanlara qayğı və dəstəyi artırmaq üçün çox iş görülməlidir” deyən xanım Sinqerin sözlərinə görə, UNICEF təəssüf edir ki, KİV-də gedən bəzi məlumatlarda Uşaq Hüquqları Konvensiyasının “uşağın cinsi istismar və cinsi təhqirin bütün formalarından qorunması”na dair 34-cü Maddəsi və “uşağın ən yüksək səhiyyə standartlarından və müalicə müəssisələrindən istifadə, habelə sağlamlığını bərpa etmək hüququ”ndan bəhs edən 24-cü maddəsi pozulub: “Bundan əlavə, UNICEF xatırladır ki, insan alveri, fahişəlik və pornoqrafiyadan zərər çəkən uşaq günahkar deyil, qurban kimi nəzərdən keçirilməlidir. Bununla əlaqədar biz bütün maraqlı tərəflə müraciət edərək, zərərçəkmiş uşağın insan ləyaqətinə hörmət etməyə, habelə ailədə və cəmiyyətdə onun üçün xüsusi müdafiə və dəstək təmin etməyə çağırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR