Bank Of Baku

Xaçınçay üzərindəki körpü qəza vəziyyətinə düşüb

Xaçınçay üzərindəki körpü qəza vəziyyətinə düşüb
# 13 iyul 2007 10:16 (UTC +04:00)
Bərdə ərazisindən keçən Borsunlu-Hindarx yolunun 75-ci kilometrliyində yerləşən Xaçın körpüsü qəza vəziyyətinə düşüb. Tikilinin dayaqlarında və fasadında iri çatlar əmələ gəlib. Asfalt örtüyü isə tamamilə sıradan çıxmaq üzrədir. Yolun hər iki istiqamətində böyük çuxurların əmələ gəlməsi körpü üzərində tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Ötən əsrin 60-cı illərində inşa edilmiş körpüdə uzun illər təmir-bərpa işləri aparılmayıb. Xaçınçay üzərində yerləşən körpünün dayaqlarına sel sularının zərər vurmaması üçün burada bəndlərin də quraşdırılmasına ehtiyac var. Tikili ərazilərimizin işğalından sonra Ağdamın qalan hissəsini respublikanın digər şəhər və rayonları ilə birləşdirən əsas yolun üzərində yerləşir. Eyni zamanda bu yol dövlət əhəmiyyətli hesab olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR