Bank Of Baku

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin konfrans zalında Nizami bələdiyyəsinin üzvləri ilə görüş keçirilib

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin konfrans zalında Nizami bələdiyyəsinin üzvləri ilə görüş keçirilib
# 13 iyul 2007 12:20 (UTC +04:00)
İyulun 13-də “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin resurs mərkəzinin konfrans zalında “Vətəndaş cəmiyyəti” layihəsi çərçivəsində Nizami bələdiyyəsinin nümayəndələri və həmin bələdiyyə nəzdində yaradılmış işçi qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd Nizami bələdiyyəsi tərəfindən təsdiqlənmiş fəaliyyət planının əməli icrasına başlamaq məqsədi ilə kiçik işçi qrupunun formalaşdırması olub. Görüş zamanı fəaliyyət planında nəzərdə tutulan bələdiyyə fəaliyyətinə dair bukletin nəşr formatı və məlumat lövhəsinin quruluşu müzakirə olunub. Daha sonra iştirakçılar qruplara bölünərək, buklet və məlumat lövhəsinin quruluşunu tərtib ediblər. Görüşün nəticəsində yuxarıda qeyd edilən fəaliyyətlərin icrası məqsədi ilə işçi qrup heyətinin daxil olduğu hər bir fəaliyyət üzrə məsul qruplar yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR