Bank Of Baku

Azərbaycanın 20 rayonunda su təchizatı və kanalizasiya sistemi təkmilləşdiriləcək

Azərbaycanın 20 rayonunda su təchizatı və kanalizasiya sistemi təkmilləşdiriləcək
# 13 iyul 2007 14:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri “Avropa Evi”ndə layihəni həyata keçirmək üçün iki müayinə aparmış “Eurore-Aid” Su Sektoruna İnvestisiyanın Dəstəklənməsi Mexanizmi (WISF) qrupunun rəhbəri Corc MakDonell deyib. O bildirib ki, Avropa İttifaqı Su Təşəbbüsü Layihəsinin dəstəyi ilə həyata keçiriləcək bu layihə Cənubi Qafqaz respublikaları və Özbəkistanı əhatə edəcək. Layihənin texniki iqtisadi əsaslandırılması 2 il davam edib və 2,7 milyon avroya başa gəlib. O həmçinin bildirib ki, bu layihə artıq fəaliyyət göstərməyən TASİS proqramının başa çatmamış layihəsidir. Dünya Bankının infrastruktur layihələri üzrə mütəxəssisi Hacı Hüseynov bildirib ki, layihə çərçivəsində su təchizatı və kanalizasiya qurğuları tikiləcək və əvvəlki qurğular bərpa ediləcək. “Yayın sonuna kimi Dünya Bankı ilə Azərbaycan arasında bu layihənin həyata keçməsinə dair müqavilə imzalanacağı gözlənilir. Payızda tender elan olunacaq və ilin axırında tikinti işlərinə başlana bilər”. Hacı Hüseynov bu iş üçün 310 milyon avro xərclənəcəyini deyib. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR