Bank Of Baku

Milli Qeyri-Hökumət Təşkilatları Forumu ofis problemini həll edə bilməyib

Milli Qeyri-Hökumət Təşkilatları Forumu ofis problemini həll edə bilməyib
# 16 iyul 2007 14:30 (UTC +04:00)
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQHTF) üzləşdiyi ofis problemi hələ də həll olunmammış qalır. Forumdan APA-ya verilən məlumata görə, quruma Dilarə Əliyeva küçəsi, Draqanı döngəsi 702-ci məhəllədəki Mərkəzi Poçtdaşıma İdarəsinin binasında 385,1 kvm sahə ayrılıb. Əsaslı təmirə ehtiyacı olan bu binaya 2007-ci ilin əvvəlində baxış keçirmiş MQHTF rəhbərliyi təklifi qəbul edib və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə müqavilə imzalayıb: “Ancaq binanın mülkiyyətçisi kimi qalmaqda davam edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Forumun yerləşəcəyi sahəni başqa təşkilata verib. Bu səbəbdən Forumun ofis problemi həll olunmammış qalır”. RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə APA-ya açıqlamasında MQF-nin bəhs etdiyi müqavilədən xəbərsiz olduqlarını qeyd edib. M. Əmirov Milli QHT Forumunun iddiasını əsassız sayıb: “Mərkəzi Poçtdaşıma İdarəsinin yerləşdiyi bina Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin balansındadır. Ona görə də hansı binada hansı təşkilata yer verilməsi bizim səlahiyyətimizdə deyil. Nazirlik yerin icarəyə verilməsi üçün hansısa təşkilatla müqavilə bağlamır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR