Bank Of Baku

“Gənc Liderlər” Uşaq Təşkilatı uşaq hüquqlarına ən çox diqqət ayıran millət vəkillərinin, dövlət və media qurumlarının adını açıqlayıb

“Gənc Liderlər” Uşaq Təşkilatı uşaq hüquqlarına ən çox diqqət ayıran millət vəkillərinin, dövlət və media qurumlarının adını açıqlayıb
# 17 iyul 2007 08:23 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatı 2007-ci ilin ilk 6 ayının ən fəal şəxsləri, dövlət və media qurumları müəyyənləşdirmək məqsədi ilə apardığı monitorinq və sorğuların nəticəsini açıqlayıb. Bu barədə APA-ya məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən ənənəvi olaraq uşaq hüquqlarına ən çox diqqət ayıranların fəaliyyətinin dəyərləndirilməsi məqsədi ilə keçirilən sorğularda bu dəfə 500-dən artıq uşaq və gənc iştirak edib: “Eyni zamanda ən fəalları müəyyənləşdirmək üçün mətbuatın da köməyindən istifadə etmişik. Siyahıya yalnız uşaqlara ən çox diqqət ayıran şəxslər daxil edilib. Bizə olan bütün ittihamlara baxmayaraq, yalnız adını uşaqların dostu qoyanları yox, uşaqlara real yardım edənləri seçmişik”. “Gənc Liderlər” Uşaq Təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, uşaq hüquqlarına ən çox diqqət ayıran ən fəal dövlət qurumları Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ombudsman Aparatı, ən fəal media qurumları “Lider” TV (“Səda” informasiya proqramı), İctimai Televiziya (“Carçı” informasiya proqramı), APA və AzərTAc informasiya agentlikləri, “Yeni Azərbaycan”, “Xalq Cəbhəsi”, “Üç nöqtə” və “Olaylar” qəzetləri, www.anspress.com və www.mediforum.az saytları, ən fəal millət vəkilləri isə Əkrəm Abdullayev, Yaqub Mahmudov, Qənirə Paşayeva, Fəttah Heydərov, Fuad Muradov, Nizami Cəfərov və Ülvi Quliyevdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR