Bank Of Baku

“Əli Bayramlı Regional Enerji Təchizatı MMC” sdahibkardan sovet dönəmindən qalan elektrik borcuna görə ödəniş tələb edir

“Əli Bayramlı Regional Enerji Təchizatı MMC” sdahibkardan sovet dönəmindən qalan elektrik borcuna görə ödəniş tələb edir
# 17 iyul 2007 14:23 (UTC +04:00)
“Əli Bayramlı Regional Enerji Təchizatı MMC” əhalidən sovet dönəmindən qalan elektrik borcuna görə ödəniş tələb edir. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Əli Bayramlı Xidmət ASC”-nin direktoru Kamil İsayev bildirib ki, adı çəkilən idarə ona sovet dönəmindən qalan elektrik borcuna görə 2000 manatın ödənilməsi tələbi ilə bildiriş göndərib. Onun sözlərinə görə, müəssisə özəlləşdirilən zaman onun heç kimə borcunun olmadığını bildiriblər və bu haqda akt tərtib edilərək Dövlət Əmlak Komitəsinə təqdim edilib. Amma “Əli Bayramlı Regional Enerji Təchizatı MMC”-nin ona göndərdiyi bildirişdə borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə, müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılacağı haqda xəbərdarlıq edilib. Bu səbəbdən sahibkar Əli Bayramlı İqtisad Məhkəməsinə müraciət edib və yaxın günlərdə mətbuat konfransı keçirəcəyini bildirib. “Əli Bayramlı Enerji Təchizatı MMC”-dən isə olaya münasibət bildirmək istəməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR