Bank Of Baku

“Azərbaycana qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları” və “Azərbaycana qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası” təsdiq edilib

“Azərbaycana qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları” və “Azərbaycana qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası” təsdiq edilib
# 17 iyul 2007 15:08 (UTC +04:00)
Nazirlər Kabineti “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları” və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası”nı təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qaydalar xarici ölkədə pasportunu itirmiş, yararsız hala salmış, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan, yaxud xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşının, habelə ölkəmizdə qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan şəxsə verilmiş qayıdış şəhadətnaməsinin ciddi hesabat sənədi kimi uçot qaydalarını müəyyən edir. Şəhadətnamə Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu (Azərbaycanın mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu) tərəfindən verilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR