Bank Of Baku

Biometrik şəxsiyyət vəsiqəsinə keçid gerçəkləşir

Biometrik şəxsiyyət vəsiqəsinə keçid gerçəkləşir
# 17 iyul 2007 15:09 (UTC +04:00)
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) mütəxəssisləri Daxili İşlər, Ədliyyə və Milli Təhlükəsizlik nazirliklərinin xüsusi tapşırığını yerinə yetirirlər. Onlar xarici həmkarları ilə birgə Azərbaycan vətəndaşlarının biometrik identifikasiya (eyniləşdirmə) sisteminin elektron resursunun yaradılması üzərində işlər aparırlar. Bu barədə APA-ya AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbinə əsasən, Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində fərdi məlumatlar barmaqların izi, səsin parametrləri və gözün tor qişaları barəsində qeydlər də artıq öz əksini tapacaq. Biometrik şəxsiyyət vəsiqəsi artıq gələn ildən vətəndaşlara veriləcək. Yeni nəsil şəxsiyyət vəsiqəsində şəxsiyyət haqqında ənənəvi məlumatlardan (ad, soyad, atasının adı, doğum tarixi və yeri) əlavə, insanın fiziki xarakteristikası da əks olunacaq. Barmaqların izi, səsin parametrləri və gözün tor qişalarının rəqəmsal kodlaşdırılması mikroçipdə saxlanılacaq və bu da vətəndaşın şəxsiyyətini dəqiq identifikasiya etməyə imkan verəcək. Gələcəkdə biometrik şəxsiyyət vəsiqələri kommunal xidmətlərin haqqını və ictimai nəqliyyatda gediş haqqını ödəməyə imkan verəcək. Onların köməyi ilə bank əməliyyatlarını aparmaq da mümkün olacaq. Qeyd edək ki, biometrik məlumat artıq dünyanın 110 ölkəsində mövcuddur. Mütəxəssislərin dediklərinə görə, bu cür sistem sərhədlərin təhlükəsizliyinə nəzarət etmək, qeyri-leqal miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa imkan verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR